reklam
Qriqorçuk:
Sportfm.az xəbər saytı

Qriqorçuk: "Lill"lə düşməklə bəxtimiz gətirdi"


"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması ilə bağlı fikirlərini bölüşüb. Sportfm.az-ın azerisport.az-a istinadən yaydığı xəbərə görə, ikinci təsnifat mərhələsində Macarıstan MTK-sını mübarizədən kənarlaşdıracağı halda Fransanın "Lill" klubu ilə qarşılaşacaq bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı bunları söyləyib: "Biz hələ növbəti mərhələyə vəsiqə qazanmamışıq. Ona görə də indidən üçüncü təsnifat mərhələsi barədə danışmağımız tezdir. Hazırda bütün diqqətimiz MTK ilə cavab matçına yönəlib. Bizi çox çətin ev oyunu gözləyir. MTK-nı keçmək bizim üçün çox çətin olacaq. Bunun üçün xeyli tərləməli olacağıq. Potensial rəqibimizə gəlincə, Fransanın "Lill" klubu ilə düşməklə bəxtimizin gətirmədiyini deməzdim. Əksinə, hesab edirəm ki, bəxtimiz gətirdi. Belə adlı-sanlı, səviyyəli komanda ilə qarşılaşmaq əladır. Şəxsən mənim üçün çox maraqlı olacaq. Püşkün nəticəsinə görə şadam. Hər belə rəqiblə oyun böyük təcrübədir, dərsdir. Öz gücümüzü belə bir rəqiblə oyunda sınamaq, yeni nələrsə öyrənmək imkanı qazanacağıq".

Oxşar xəbərlər

“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
Qriqorçuk Azərbaycan dilində danışdı - VİDEO
"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı
Roman Qriqorçuk: "Hücum futbolu oynamalıyıq"
Avropa Liqası: “Qəbələ”, “Neftçi” və “Kəpəz” üçün çətin rəqiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər