reklam
Elxan Məmmədov:
Sportfm.az xəbər saytı

Elxan Məmmədov:Birinci Diviziona həvəskar statusu verilə bilər


Bu gün keçirilən AFFA-nın Hesabat Konfransından sonra mətbuat konfransı keçirilib. Sportfm.az xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. 

- Hesabatda hansı məsələlər müzakirə olundu? 

- Gündəlikdə 7 məsələ vardı. Futzal federasiyasının illik hesabatı dinlənildi. Həmçinin, çimərlik futbolu üzrə milli komandamıza Zeynal Zeynalovun baş məşqçisi kimi təsdiq edildi. Media Komitəsinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilirək, yeni tövsiyələr oldu. Komitə işini davam etdirəcək, ancaq yeni formatla. 

- Hesabatda uşaq futbolu ilə bağlı artım qeyd olunur. Ancaq diqqətlə baxdıqda məlum olur ki, Premyer Liqa klublarında uşaq futbolundq azalma müşahidə olunur. Bu nə ilə bağlıdır? 

- Təbii ki, belə hal yaşanır. Çünki əvvəllər Premyer Liqada daha çox komanda mübarizə aparırdı. İndi isə Azərbaycan çempionatında cəmi 8 komanda çıxış edir.

- Danışılmış oyunlarda daha çox Birinci Divizion klublarının adı hallanır. Olmaz ki, klubların əvəzedici heyətləri bu yarışda mübarizə aparsın. 

- Bu məsələ çox müzakirə edilir. Ola bilsin ki, gələcəkdə Birinci Diviziona həvəskar statusu verilsin. 

Oxşar xəbərlər

İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər
"Oyun alqı-satqısı ilə bağlı qalmaqalda tanınmış adlar olacaq" - Elxan Məmmədov
Media Komitəsi işinə davam edəcək
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında neçə komanda olacaq? - Baş katib məsələyə aydınlıq gətirdi
Qurban Qurbanov: Millidə yeni adlar olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər