Qurban Qurbanov: Millidə yeni adlar olacaq
Bayıl stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub.
Sportfm.az xəbər verir ki, yığmamızın yeni baş məşqçisi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: Gürcüstanla oyundan əvvəl başqa matç da baş tuta bilər. Bölgələrdə yığmanın oyunlarının keçirilməsinin tərəfdarıyam. Yığma ilə çox görüş keçirmək istəyərdik. Biz daima yaxşını axtarmalıyıq, beləsi varsa, mütləq yığmada olacaq. Rəşad Sadıqov seçimində düzgün attım atdığımızı düşünürəm. Biz onlara inanırıq. Bu məşqçilərə şans vermək lazımdır, ola bilsin, hazırda onlar uğur qazana bilməsin, bu futboldur. Millidə yeni adlar olacaq. Mənim köməkçilərimdən biri Elçin Rəhmanov olacaq. Digərləri isə məlum deyil. Milli üzvlərinin xaricdə çıxış etməsini təmin edəcək menecer sisteminin işi qurulması çox vaxt tələb edir. Ondan öncə digər həll olunası problemlər var. Hər şey uşaq futbolundan başlamalıdır. Rauf Əliyev Albaniyadan qayıdarsa, yalnız "Keşlə"də oynaya bilər. Onun durumuna çox üzüldüm. Premyer Liqada limit məsələsinə gəlincə, bunu müzakirə edib ən yaxşı variantı tətbiq edəcəyik. Mən istəyirəm ki, ölkə çempionatında komanda sayı çox olsun, ancaq say hesabına klubların olmasını istəmirik. Həmin klublar yarıyolda qalanda, bu ölkə futbolu adına xələl gətirir. Uşaq futbolunun inkişafı ilə bağlı geniş proqram olacaq. Bu vacib məsələdir. Hər şey uşaq futbolundan başlayır. Bizim problemimiz təkcə yaxşı futbolçuların olmaması ilə bağlı deyil, biz də həm də yaxşı fizioterapevtlər, həkimlər olmalıdır. Mənim üçün millidə qazanc önəmli bir məqam ola bilməz, əsas Azərbaycan futboluna xidmət etməkdir. Hər hansı bir futbolçu yaxşı olarsa, ancaq insani keyfiyyətləri aşağı səviyyədədirsə, qapılarımız onun üzünə bağlanacaq. Rahid Əmirquliyevin kapitanlağı ilə bağlı məsələ ilk toplanışda həllini tapmalıdır. Ayaz Quliyevlə bağlı məsələ gündəmdədir. O futbolçunu izləyirik.
Oxşar xəbərlər
Hər şey aşağılardan başlayır və ya Qurban Qurbanovun "ölümcül səhvi" - QEYD
Qurban Qurbanov: Onların əsas yığmada oynamaq şansı az idi
Elxan Məmmədov: Birinci Diviziona həvəskar statusu verilə bilər
Qurban Qurbanov: Oyunun mahiyyətini bilirik
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası