Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA PSJ-yə qarşı iş açdı -“Real”la oyuna görə
UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Real"la keçirilən oyuna görə PSJ-yə iş açıb.
Sportfm.az xəbər verir ki, PSJ bir neçə qayda pozuntusunda günahkar bilinir. Parisli azarkeşlər pirotexniki məhsullardan və lazer göstəricilərindən istifadə ediblər.
Oyunun təşkilində də çatışmazlıqlar olub. İntizam Komitəsi işə martın 22-də baxacaq.
Martın 6-da Parisdə keçirilən qarşılaşmada "Real" 2:1 hesabı ilə qalib gələrək, 1/4 finala adlayıb. Madriddə keçirilən ilk oyunda da "kral klubu" 3:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, UEFA "Mançester Siti" ilə oyunda "Bazel" azarkeşlərinin də pirotexniki məhsullardan istifadə etdiyi üçün bu kluba qarşı iş açıb.
Oxşar xəbərlər
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
UEFA "Roma" - SSKA oyunu ilə bağlı intizam işi açdı
UEFA "Liverpul"a qarşı iş açdı: İlk görüşdəki nəticə ləğv ediləcəkmi?
"Mançester Siti" məğlubiyyət, "Yuventus" qələbə ilə 1/4 finalda
UEFA Ukrayna klubunu cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası