reklam
“Azərbaycanla oyundan təkan götürəcəyik”
Sportfm.az xəbər saytı

“Azərbaycanla oyundan təkan götürəcəyik”


Azərbaycan və Sloveniya ilə oyunlar bizim üçün vacibdi. Millətlər Liqasına hazırlıq prosesinə bu görüşlərdən təkan götürəcəyik.

Sportfm.az xəbər verir ki, bu sözləri Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko deyib.

Martın 23-də Bakıda millimizlə yoldaşlıq matçı keçirəcək belaruslular 4 gün sonra Lyublyanada Sloveniya ilə qarşılaşacaqlar.

Kriuşenko bu oyunlarla bağlı açıqlama verib. "Belarus 5" telekanalına danışan 54 yaşlı mütəxəssis hər iki matçda 4-3-2-1 taktiki sxemini təkmilləşdirməyə çalışacaqlarını deyib: "Oturuşmuş heyəti oynatmaq lazımdı. Bundan əlavə, bir neçə sistemi nəzərdən keçirmək baxımından da hər iki görüş bizə faydalı olacaq. Seçmə mərhələdə 4-3-2-1 taktiki sxemində oynayırdıq. Son 2 yoxlama matçını da bu sxemdə keçirmişik. Ola bilsin ki, elə 4-3-2-1 yığmanın əsas taktiki sxemi olacaq. Azərbaycanla və Sloveniya ilə matçlarda oyunumuzda hansısa nüansları dəyişə bilərik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da start götürəcək. (apasport.az)

Oxşar xəbərlər

Nikolay Kriuşenko: Bu təzyiq yox, motivasiyadır
Belarus yığmasının baş məşqçisi Bakıda niyə jurnalistlər önünə çıxmadı?
Belaruslar millimizlə görüşdə yenilik edəcək - VİDEO
Millimizlə oyun öncəsi Minskdə son məşq - FOTO
“Bizi Azərbaycanla maraqlı oyun gözləyir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər