Nikolay Kriuşenko:Bu təzyiq yox, motivasiyadır
Bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Nikolay Kriuşenko jurnalistlərin suallarını cavablandırıb: Bizim üçün bu oyunda qələbə çox vacib idi. Çünki mənim rəhbərliyim altında komanda uzun müddətdir qələbəyə həsrət idi. Rəqib bizi pressinq edirdi. Arxada qalan boş zonada isə biz istədiyimizi həyata keçirə bilmədik. Buna səbəb isə Belarus çempionatının başlamamasıdır.
- Belarusda hokkeyə daha çox maraq var. Bu yaxınlarda ölkə prezidenti Lukaşenko qeyd etdi ki, futbola nəticə qazanmağın vaxtıdır, bu sizin üzərinizdə əlavə təzyiq yaratmırkı?
- Bu təzyiq yox, motivasiyadır. Artıq Belarusda futbola böyük investisiyalar qoyulur.
Oxşar xəbərlər
Rayan Giqqz: "Daha çətin oyunlarımız olub"
Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
Belarus yığmasının baş məşqçisi Bakıda niyə jurnalistlər önünə çıxmadı?
Belaruslar millimizlə görüşdə yenilik edəcək - VİDEO
“Azərbaycanla oyundan təkan götürəcəyik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası