reklam
Samir Abasov
Sportfm.az xəbər saytı

Samir Abasov "göylə gedən" futbolçunu cəzalandırdı -FOTO


"Sumqayıt"ın futbolçusu Xəyal Nəcəfov əvəzedici heyətə göndərilib.

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov məlumat verib. 

Onun sözlərinə görə, səbəb Nəcəfovun nizam-intizam qaydalarını pozmasıdır: "Xəyal tərəfimdən cəzalanıb. Onun nizam-intizamı, yanaşması buna gətirib çıxardı. Belə davam etsə, ilin sonunadək əsas heyətə qayıtmayacaq. Belə futbolçuları ram etmək çətindir. Nə qədər başa salsaq da, xeyri olmadı. O həddə çatdırdım ki, mövsümün sonunadək onunla vidalaşacağıq. Nə qədər "yerə en" desək də xeyri olmadı. Mən onu əvəzedici heyətə o niyyətlə göndərməmişəm. Düzələcəksə, qoy əvəzedici heyətdə düzəlsin. O, artıq bizimlə deyil". 

Qeyd edək ki, mütəxəssis daim sərt qərarlarıyla ad çıxarıb. 

Oxşar xəbərlər

Samir Abbasov göndərilir, yerinə Qurbanov gətirilir - MƏLUMAT
Almaniyalı baş məşqçidən Ayaz Quliyev açıqlaması
Ayaz Quliyev əsas komandadan qovuldu
"Neftçi" iki legioneri əvəzedici heyətə göndərdi
Qurban Qurbanovdan sərt qərar: Mahir Mədətov komandadan uzaqlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər