reklam
Samir Abbasov göndərilir, yerinə Qurbanov gətirilir -
Sportfm.az xəbər saytı

Samir Abbasov göndərilir, yerinə Qurbanov gətirilir -MƏLUMAT


Uğursuz nəticələri sıralayan "Neftçi"də ciddi silkələnmə gözlənilir. Mövsümün əvvəlində həyata keçirilən uğursuz transfer siyasəti, avrokuboklardakı uğursuzluq, Premyer Liqaya qeyri-stabil start və bir çox digər səbəblər klubda çalxantıya səbəb olub.

Son turda "Keşlə"yə məğlubiyyət isə səbr kasasının daşmasına gətirib çıxarıb. Artıq "ağ-qaralar"da Samir Abbasovun gedişi və onun yerinə kimin gələcəyi müzakirə edilir.

Sportfm.az saytının əldə etdiyi məlumata görə, qış fasiləsində Abbasov yola salınacaq, onun yerinə isə hazırda əvəzedici heyəti çalışdıran Mahmud Qurbanov təyin ediləcək. Təbii ki, bu məlumat klub tərəfindən təsdiqini tapmayana qədər bir versiya olaraq qalacaq. Ancaq nəzərə alsaq ki, Samir Abbasovu öz istəyi ilə heyətə cəlb olunan futbolçular "yandırır" və bu məsələdə əsas günahkar o sayılır, versiya həqiqətə çevrilə bilər. İsrarla Meza Kollini, Xəyal Nəcəfovu, Harramizi istəyən və uğursuzluğa düçar olan mütəxəssis tənqid oxlarının rəhbərliyə tuş gəlməsinə səbəbkardı. Belə hal isə klub prezidenti Kamran Quliyevi qane də bilməz.

Mahmud Qurbanova gəldikdə isə mütəxəssis hazırda "dublu" çox uğurla çalışdırır və təbii ki, əsas komandada bacarıqlarını nümayiş etdirmək istəyər. Belə görünür ki, buna az qalıb.  

Oxşar xəbərlər

Emin Mahmudov "Neftçi"ni tərk etmək istəyir! - Səbəb isə...
Mahmud Qurbanov istefa verdi
Samir Abasovun "lyubimçiki" və havaya sovrulan 100 min - İNAD
Bizləri bəyənməyən "Don Joze" göndərilir, yerinə isə.... EKSKLÜZİV
Samir Abasov "göylə gedən" futbolçunu cəzalandırdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər