"Mən burdayamsa, kiminsə "sevimlisi" milliyə düşə bilməz" -Baş məşqçidən açıqlama
Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi Stanimir Stoylov futbolçuların durumu ilə bağlı açıqlama verib.
Sportfm.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis yerli oyunçuların səviyyəsinin çox aşağı olduğunu bildirib:"Mən uzun illərdir bu ölkədə çalışıram("Astana" klubunun baş məşqçisi olub). Açığını deməliyəm ki, qazaxıstanlı futbolçuların səviyyəsi çox aşağıdır. Ancaq nə etmək olar, çalışmalıyıq. Bəri başdan bildirim ki, yığmada ancaq ən güclülər yer alacaq, kiminsə "sevimlisi" milliyə düşə bilməz. Mən burda olduğum müddətdə bu baş verməyəcək".
Qeyd edək ki, Qazaxıstan yığması Stoylovun rəhbərliyi altında ilk yoxlama matçını martın 23-də Macarıstana qarşı keçirəcək.
Oxşar xəbərlər
Stanimir Stoilov millimizi çalışdıracaq? - "Azərbaycanda işləməyi istisna etmirəm"
Qazaxıstan Azərbaycan yığması ilə oyunun hazırlıqlarına başladı
Rəqib baş məşqçi: Azərbaycanlı görüşdə uğurla çıxış edəcəyimizə heç kim təminat verə bilməz
Qurban Qurbanov: Onların əsas yığmada oynamaq şansı az idi
Yaşar Seyidov:"Valeh yığmaya mütləq götürülməlidi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası