Stanimir Stoilov millimizi çalışdıracaq? -"Azərbaycanda işləməyi istisna etmirəm"
"Gələcəyim futbolla bağlıdır. Ancaq yeni komanda seçməkdə tələsmirəm. Bir klubun mənə təklif etməsini və razılaşmağımızı gözləyirəm".
Sportfm.az xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının baş məşqçi postundan ayrılmış Stanimir Stoilov söyləyib. Bolqarıstanlı mütəxəssis Azərbaycan millisində işləməyi istisna etməyib: "Bu mərhələdə Azərbaycan da daxil olmaqla, hər hansısa ölkədə işləməyi istisna etmirəm. Ancaq dediyim kimi, tələsmirəm. Komanda olmadığı müddətdə təlim keçəcəm. Gələcəkdə faydalı olmaq üçün daha çox məlumat toplamalıyam. Qərbi Avropaya yollanacam. Çünki ora futbolun üst səviyyəsinədir. Orada texnologiya xeyli inkişaf edib və biz Bolqarıstan çox geridə qalırıq. Buna görə də futbolun son tendensiyaları ilə tanış olacam".
Qeyd edək ki, 51 yaşlı mütəxəssis “Levski”, “Liteks”, “Anartosis”, "Botev", "Astana" klubları ilə yanaşı, Bolqarıstan və Qazaxıstan millilərində də baş məşqçi olub.(sportal.az)
Oxşar xəbərlər
Millimizə gələcəyi deyilən bolqarıstanlı danışdı
"Xeyli problemlərimiz var" - Stanimir Stoilov
"Azərbaycan onlar kimi kombinasiyalı komandadı"
Rəqibin baş məşqçisi: Azərbaycan son zamanlar...
"Mən burdayamsa, kiminsə "sevimlisi" milliyə düşə bilməz" - Baş məşqçidən açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası