Boksçularımız Vilnüsdə beynəlxalq turnirdə iştirak edəcəklər
Martın 20-də Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir start götürəcək.
On üçüncü dəfə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.
Sportfm.az xəbər verir ki, komandamızın baş məşqçisi Vaqif Şirinov martın 25-dək davam edəcək turnirdə Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (91 kq-dan yuxarı) şans verəcək. Yarış Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır.
Turnirdə 20-dən artıq ölkənin iştirakı gözlənilir.
Qeyd edək ki, səfərə bu gün yollanacaq boksçularımız martın 25-də Vətənə dönəcəklər.
Oxşar xəbərlər
Boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar
Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq
Boksçularımız Qomeldən 4 qızıl, 2 gümüş medalla qayıdır
Gənc boksçularımız Belarusa yollandılar
Avropa birinciliyinə yollanacaq boksçularımız məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası