Hafiz Məmmədova daha bir ağır zərbə -ÖZƏL
“Hafka” ləqəbilə tanınan “Bakı” futbol klubunun və “Baghlan Group”un prezidenti Hafiz Məmmədovun daha bir əmlakı əlindən alınıb.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, nəhəng maliyyə problemləri ilə üzləşən oliqarxın Bakının Nizami rayonunda yerləşən “Start” İdman-Əyləncə Kompleksi məhkəmə icraçıları tərəfindən boşaldılır. 2007-ci il 28 may tarixində Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən açılışı baş tutan ən müasir tələblərə cavab verən kompleksdə üzgüçülük hovuzu, trenajor, basketbol, boulinq, voleybol, həndbol zalları və iki mini–futbol meydançası da vardı.
Əvvəllər ölkənin ən böyük iş adamlarından biri kimi tanınan, qeyri-rəsmi milyarder hesab olunan Hafiz Məmmədov, son illərdə biznes olimpində mövqelərini demək olar ki, tam itirib.

Oxşar xəbərlər
"Bakı"nın sabiq prezidentinin dağılan əmlakı - FOTO
Hafiz Məmmədov haqqında qərar dəyişdi
Hafiz Məmmədovun şirkəti ilə bağlı məhkəmə qərarını açıqladı
Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi
Hafiz Məmmədovun şirkəti məhkəməyə verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası