Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi
"Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov ötən axşam Bakıda bahalı restoranların birində "Atletiko Madrid" klubunun rəhbərliyinə qonaqlıq verib.
Sportfm.az saytı azxeber.com-a istinadən xəbər verir ki, "Qarabağ"la oyundan sonra "Hafka" klub rəhbərliyinə və bəzi futbolçulara Bakının bahalı restoranlarından biri olan "Sumax"da qonaqlıq verib. Gecəyarısına kimi davam edən qonaqlıqda bahalı içkilər içilib. "Hafka" qonaqlarına əyləncə də təşkil edib.
Mənbənin sözlərinə görə, qonaqlıqda yüksək çinli məmurlar da olub.
Qeyd edək ki, sonuncu dəfə 2014-cü ildə Hafiz Məmmədovun təşkilatçılığı ilə "Atletiko" (Madrid) klubunun prezidenti Enrike Serezo, klubun baş direktoru Anxel Gil Marin, komandanın kapitanı Qabi və türkiyəli futbolçu Arda Turan Bakıya gəlmişdi. Həmin il "La Liqa"da çempionluq elan edən klub rəsmiləri özləri ilə birlikdə çempionluq kubokunu da gətirmişdilər.
Bundan başqa Hafiz Məmmədov hələ o dövürdən təhlükə altında olan biznesini qorumaq üçün "Land of fire Azerbaijan" layihəsini həyata keçirmiş və bu devizi "Atletiko" (Madrid) klubunun formalarına yazdırtmışdı.
Oxşar xəbərlər
Hafiz Məmmədov haqqında qərar dəyişdi
Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”
Hafiz Məmmədov “Atletiko”nu unutmadı - O, komandanı təbrik etdi
Hafiz Məmmədovun şirkəti ilə bağlı məhkəmə qərarını açıqladı
Hafiz Məmmədova daha bir ağır zərbə - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası