reklam
Ölkə çempionatında vəhşilik:
Sportfm.az xəbər saytı

Ölkə çempionatında vəhşilik:Fanatlar bıçaqla hücuma keçdilər


Argentinanın futbol üzrə II Divizionunda "Los Andes" və "Braun Adroqe" komandaları arasında keçirilmiş oyun tribunalarda fanatların kütləvi davası üzündən dayandırılıb.

Sportfm.az xəbər verir ki, toqquşma matçın start fitindən 16 dəqiqə sonra başlanıb.

Əvvəlcə azarkeşlər bir-birilərinə daş və şüşə qırıqları atıblar. Sonra isə münaqişə yumruq döyüşlərinə və bıçaq davasına keçib. İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb. On bir dəqiqə sonra oyun davam etdirilib. Hadisə nəticəsində 100-dən çox fanat saxlanılıb. 8 nəfər isə ağır yaralanıb. 

Qeyd edək ki, görüş "Los Andes"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Nitsa" - "Marsel" matçında butulka davası - Fransa çempionatı
Polis futbolçulara qarşı gözyaşardıcı qazdan istifadə etdi - VİDEO
UEFA "Qarabağ"ı cərimələdı
"Vorskla"nın oyununda partlayıcı maddə atıldı
Fanatlar arasında toqquşma oldu: 200 nəfər saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər