Hakimlər məsləhətləşsə də videotəkrara baxılmayacaq -Güləş qaydalarında yenilik
Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib.
Sportfm.az xəbər verir ki, yeniliklər aprelin 2-dən qüvvəyə minəcək.
Dəyişikliklərə əsasən, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz təqdirində ("challenge") müraciət olunacaq.
Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəqiqə 30 saniyə) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.
Neqativ güləş adlandırılan ("negative wrestling") və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Güləşmədən qaçmağa ("fleeing the hold") görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal qazandıracaq.
Xalçadan qaçma ("fleeing the mat") da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal veriləcək.
Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək. Həmçinin müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.
Qəsdən kobud qayda pozuntusuna ("brutality") yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.
Oxşar xəbərlər
Hacı Əliyev ikinci oldu - Avropa çempionatı
Solmaz və Gültəkin Avropa Çempionatında - Heyət açıqlandı
Güləşçimiz favoritlər siyahısında - UĞUR
Dünya Kubokunun proqramı müəyyənləşdi - SİYAHI
Güləşdə daha bir qayda ləğv olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası