Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşdə daha bir qayda ləğv olundu -FOTO
Yunan-Roma güləşi üzrə bütün yaş qrupları üzrə yarışlarda parter qaydası ləğv edilib. Sportfm.az xəbər verir ki, Dünya Güləş Birliyi yeniyetmə və gənclər arasında yarışlarda ləğv olunmuş qaydanı böyüklərə də şamil edib. İndi passiv güləşməyə görə parter tətbiqi qaydası ləğv edilib. Əvəzində həmin güləşçiyə ilk dəfə şifahi xəbərdarlıq ediləcək və bu, protokolda əksini tapacaq. Eyni güləşçi yenə də passivlik nümayiş etdirsə, ona rəsmi xəbərdarlıq ediləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilsə, ikinci rəsmi xəbərdarlıq alacaq və rəqibin hesabına 1 xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1 texniki xalın verilməsi ilə nəticələnəcək. Passivliyə görə edilən xəbərdarlıq səbəbindən və rəqibə xal verildiyi üçün görüş dayandırılmayacaq.
Oxşar xəbərlər
Belçikalılara xəbərdarlıq edildi - Azərbaycana görə
“Sabah” Təcili Tibbi Yardım avtomobilinə görə cəzalandı - Qərar
"Sabah" və "Neftçi"yə xəbərdarlıq edildi
Hakimlər məsləhətləşsə də videotəkrara baxılmayacaq - Güləş qaydalarında yenilik
AFFA-nı cəzalandırdılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası