reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" və "Neftçi"nin rəsmiləri ECA-nın iclasında


İtaliyanın paytaxtı Romada Avropa Klublar Assosiasiyasının (ECA) Yarışların Təşkili İşçi Qrupunun növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda İşçi Qrupunun rəhbəri "Roma" klubunun CEO-su Umberto Gandini, rəhbərin birinci köməkçisi "Real"ın idman direktoru Emilio Butragenyo ilə yanaşı Azərbaycandan komitələrdə təmsil edilən yeganə nümayəndəmiz, Komitənin həm də büro katibi, "Qarabağ"ın baş meneceri Asif Əsgərov iştirak edib.

İclasda UEFA yarışlarının təşkili, oyunlarının başlama vaxtları və digər məsələlər müzakirə olunub. Martın 27-si isə Avropa Klublar Birliyinin illik ümumi konqresi keçirilib.

Qeyd edək ki, Baş Assambleyada “Neftçi” klubunun prezidenti Kamran Quliyev də iştirak edib.

Oxşar xəbərlər

“Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçildi
Klublar Komitəsinin növbəti iclası keçirildi
Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anılıb
"Qarabağ"ın Baş Meneceri ECA-da yeni vəzifəyə seçildi - FOTO
Avropa Klublar Assosiasiyasının regional iclası keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər