Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA reytinqində mövqeyimiz möhkəmləndi
Azərbaycan UEFA reytinqində həftəni 24-cü sırada başa vurub.
Sportfm.az xəbər verir ki, ölkəmizin mövqeyi UEFA Avropa Liqasının əsas mərhələsinin V turunun qarşılaşmalarından sonra dəqiqləşib.
Belə ki, İsrailin “Hapoel” (Beer-Şeva) komandası Gürcüstanda Türkiyənin “Beşiktaş” klubuna 1:2 hesabı ilə məğlub olub. Bu nəticə İsrailin reytinq cədvəlində Azərbaycanı qabaqlamaq şansını aradan qaldırıb.
Hazırda Azərbaycan 24.187 əmsalla 24-cü yerdədir. 24.125 xala malik İsrail 25-ci, 24.837 əmsalı olan Ukrayna isə 23-cü pillədə qərarlaşıb.
Siyahının lideri 109.227 əmsalla İngiltərədir.
Qeyd edək ki, Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Sabah”dır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda doğma meydanda İspaniyanın “Barselona” komandasına 1:4 hesabı ilə uduzub.

Oxşar xəbərlər
Azərbaycan 24-cü pillədə qərarlaşdı - UEFA reytinqi

Azərbaycan yerini qorudu - UEFA Reytinqi
Azərbaycan 26-cı pillədə qərarlaşdı - UEFA reytinqi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

/news/big/i/f/norvegiya-otkazala-rossijskim-konkobezhcam-v-vydache-viz-dlya-uchastiya-v-etape-kubka-mira_1795505876929706783.jpg)

Misli Premyer Liqası