Gerrardı özünə ideal seçən Bundesliqadakı yeganə azərbaycanlı -Həyat hekayəsi
O hazırda Türkiyə futbolunun ən böyük ümidlərindən biri hesab olunur. 1994-cü ildə Almaniyanın Qelzenkirxen şəhərində dünyaya gələn Kaan Ayhan dünyanın bir çox tanınmış klubunun transfer hədəfindədir.
Sportfm.az xəbər verir ki, 4 yaşında futbolla məşğul olmağa başlayan Kaan 12 yaşında "Şalke 04"-lə müqavilə bağlayıb. Almanların kəşf etdiyi perspektivli futbolçu 17 yaşında əsas komandaya cəlb olunub. Bundesliqanın matçlarında nümayiş etdirdiyi oyunla Almaniyanın aşağı yaş qrupları üzrə yığma komandalarının məşqçilərinin diqqətini cəlb edən bu gənc tezliklə bundestimin formasını da geyinib. Almaniyanın 17 yaşlılarından ibarət yığmasına cəlb edilən Ayhana bir müddət sonra tarixi vətəni olan Türkiyədən dəvət gəlib. Hazırda Düsseldorf "Fortuna"sında çıxış edən Kaan düşünmədən təklifi qəbul edib. Bəs Kaan Ayhanın əslən azərbaycanlı olduğunu bilirdinizmi? Bəli, Türkiyə yığmasının əsas müdafiəçilərindən biri olan 24 yaşlı futbolçu azərbaycanlıdır. Anası Trabzonun vilayətinin Maçka qəsəbəsində dünyaya gəlib. Atası Erol Ayhan İğdırda azərbaycanlı müəllimin ailəsində doğulub. Erol bəy 1991-ci ildə "yaxşı həyat" dalınca Almaniyaya yollanıb. Özünə Stiven Gerrardı ideal seçən Kaanın dayısı Saffet Kaya vaxtilə futbolçu olub. Saffet "Qalatasaray"ın əvəzedici heyətində çıxış etdikdən sonra "Antalyaspor"a transfer olunub. 20 yaşında Türkiyə çempionatında çıxış edən Kaya aldığı ağır zədədən sonra karyerasını bitirməli olub.

Oxşar xəbərlər
Kaan Ayhan "Qalatasaray"da - RƏSMİ
AFFA 4 futbolçunu milliləşdirir - "Gözaltılar" kimlərdi?
Türkiyəli futbolçu İtaliya klubu ilə anlaşdı - Transfer
Türkiyə millisinin üzvü İtaliya klubunda
İkinci liqadan "Lill"ə transfer olunan futbolçu: "Mən qürbətçi deyiləm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası