İkinci liqadan "Lill"ə transfer olunan futbolçu:"Mən qürbətçi deyiləm"
Futbol üzrə Türkiyə yığmasının şərifini qoruyan Ziya Çelik yerli mətbuata müsahibə verib.
Sportfm.az xəbər verir ki, Fransanın "Lill" komandasının şərəfini qoruyan müdafiəçi Türkiyədə çoxlarının onun qürbətçi(xaricdə dünyaya gələn türk) olduğunu zənn etdiklərini söyləyib. Bunun belə olmadığını, Bursada dünyaya gəldiyini, sadəcə Türkiyə Super Liqasında çıxış etmədən Fransa klubuna transfer olduğunu bildirən Çelik, karyerasına bir məhəllə komandasında başladığını deyib. Daha sonra "Bursaspor"un akademiyasına cəlb edilən 22 yaşlı oyunçu uzun müddət aşağı yaş qrupları üzrə komandalarda çıxış etdikdən sonra 3-cü liqada mübarizə aparan "Nilüfər"ə icarəyə verilib. Bir il sonra "Bursaspor"a dönən Ziyanı bəyənməyən məşqçilər korpusu onu yenidən - bu dəfə 2-ci liqada çıxış edən "İstanbulspor"a icarəyə verib. Məhz həmin komandadan "Lill"ə transfer olan müdafiəçi hazırda Fransa klubunun əsas heyət üzvlərindən biri hesab edilir.
Qeyd edək ki, Ziya Çelik Türkiyə millisinin heyətində 10 dəfə meydana çıxıb.
Oxşar xəbərlər
Türkiyə millisinin futbolçusu "Roma"da - RƏSMİ
AFFA ilə TFF danışıqlara başladı - Legionerlərlə bağlı
Burak Yılmaz “Beşiktaş”ı Fransa klubuna dəyişdi
Debütant dubl etdi, Türkiyə qələbə qazandı
Gerrardı özünə ideal seçən Bundesliqadakı yeganə azərbaycanlı - Həyat hekayəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası