reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" istəsə də, onlar istəmir -Transfer düyünü


Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Masimane "Qarabağ"ın heyətinə qatmaq istədiyi futbolçu Xama Billiatın durumu haqqında danışıb.

Sportfm.az xəbər verir ki, 53 yaşlı mütəxəssis hücumçunu komandada saxlamaq istədiyini açıqlayıb. O, Billiatın müqaviləsinin iyunun 30-da başa çatacağını xatırladıb: "Klub futbolçunu komandada saxlamaq üçün saysız-hesabsız cəhdlər edir. İndiyədək razılıq əldə olunmayıb. Hələ heç nə dəyişməyib".

Qeyd edək ki, Xama Billiatın meneceri futbolçunun "Qarabağ"la danışıqlarının davam etdiyini söyləyib. 28 yaşlı hücumçu ilə ölkəsinin bir sıra klubları və ABŞ-ın "Los-Angeles Qelaksi" komandası da maraqlanır. 

Oxşar xəbərlər

Xama Bakıda xama yemək istəmədi!
"Mən onun "Qarabağ"a gedişini qəbul etdim" - Pitso Mosimane
Xama Billiat qərarını verdi: "Qarabağ"a keçir
"Qarabağ" İbrahimoviçin klubu ilə "kəllə-kəlləyə"
“Qarabağ”a CAR-dan 2 rəqib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər