reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"də azarkeşə futbol lazım deyil!


Topaz Premyer Liqasının 21-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub. 

Sportfm.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Zirə” oyununda (0:0) 5650 azarkeş qeydə alınıb. 

Turda ən az azarkeş isə “Qəbələ” - “Sumqayıt” qarşılaşmasında olub. Şəhər stadionunda “qırmızı-qaralar”ın “kimyaçılar”la qollu heç-heçəsini (1:1) cəmi 550 tamaşaçı izləyib. 

Digər oyunlardan 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Səbail” oyununda (2:0) 600, “Azərsun Arena”da baş tutmuş “Qarabağ” - “Keşlə” matçında (1:1) isə 1200 tamaşaçı qeydə alınıb. 

Ümumilikdə, turun 4 oyununu 8000 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 2000 azarkeş deməkdi.

Oxşar xəbərlər

Sumqayıt yenə birincidir
"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Kəpəz"in oyununda 1000, "Neftçi"də 4000 - FOTO
Azərbaycan Premyer Liqasında daha bir antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər