reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər


Topaz Premyer Liqasının 23-cü turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub. 

Sportfm.az xəbər verir ki, ən çox azarkeş “Kəpəz” - “Qarabağ” oyununda (0:1) qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş matçı 8000 tamaşaçı izləyib. 

Ən az azarkeş isə Qəbələ şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Səbail” matçında (1:1) olub - 250 tamaşaçı. 

Digər oyunlardan Zirə idman kompleksində keçirilmiş “Zirə” - “Neftçi” qarşılaşmasını (0:3) 850, Sumqayıt şəhər stadionunda baş tutmuş “Sumqayıt” - “Keşlə” oyununu (2:1) isə 2500 azarkeş izləyib. 

Ümumilikdə turun 4 matçını 11600 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 2900 tamaşaçı deməkdi.

Oxşar xəbərlər

27-ci turda 4910 tamaşaçı!
Sumqayıt yenə birincidir
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Qəbələ"də azarkeşə futbol lazım deyil!
Azərbaycan Premyer Liqasında daha bir antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər