reklam
Sportfm.az xəbər saytı

"Bakı"da çalışan baş məqşçi istefaya göndərildi


Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib.

Sportfm.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının rəhbərliyi qərar qəbul edib. İstefaya milli komandanın bir neçə gün öncə Cəbəllütariq yığmasına 0:1 hesablı məğlubiyyəti səbəb göstərilir.

2011-12-ci illərdə “Bakı”nın baş məşqçisi olmuş Starkov 2017-ci ildən Latviya yığmasının “sükanı arxasında” idi. O, ölkəsinin millisinin 2001-2004 və 2007-13-ci illər aralığında da çalışdırıb.

Qeyd edək ki, Latviya yığması iyunun 9-da doğma meydanda Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək.

Oxşar xəbərlər

Bundesliqa klubunda yeni baş məşqçi - RƏSMİ
“Azərbaycanda futboldan həzz almırdım” - Millinin sabiq futbolçusu
Məşhur məşqçi istefaya göndərildi
Yığmamızla görüşdən öncə kubok qazandılar
Rəqibimiz finlandiyalı mütəxəssisə tapşırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər