reklam
Rəqibimiz finlandiyalı mütəxəssisə tapşırıldı
Sportfm.az xəbər saytı

Rəqibimiz finlandiyalı mütəxəssisə tapşırıldı


Futbol üzrə Azərbaycan milli komandası ilə yoxlama oyununda üz-üzə gələcək Latviya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, sözügedən komanda finlandiyalı Miksu Paatalaynenə tapşırılıb.

51 yaşlı mütəxəssislə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonunadək ilkin müqavilə imzalanıb. Latviya yığması öz qrupunda birinci yeri tutsa, Paatalaynenlə sövdələşmənin müddəti avtomatik olaraq AÇ-2020-nin seçmə mərhələsinin sonunadək uzadılacaq.

Yeni baş məşqçi bu vəzifədə aprelin 3-də istefaya göndərilmiş Aleksandr Starkovu əvəz edəcək.

Miksu Paatalaynen 2011-2015-ci illərdə Finlandiya yığmasının baş məşqçisi olub. O, Şotlandiyanın "Haybernian", "Kilmarnok" və "Dandi Yunayted" klublarına da rəhbərlik edib.

Qeyd edək ki, Latviya yığması yeni baş məşqçinin rəhbərliyi altında iyunun 9-da Riqadakı “Dauqava” stadionunda Azərbaycan millisi ilə yoxlama oyununda üz-üzə gələcək.

Oxşar xəbərlər

Millidə yeni baş məşqçi - Müqavilə
Millidə yeni baş məşqçi - TƏYİNAT
Yığmamız yenidən Uelslə üz-üzə gələcək? - Açıqlandı
Latviya – Azərbaycan matçında belaruslu hakimlər
"Bakı"da çalışan baş məqşçi istefaya göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər