Onlar "Keşlə"nin aqibətini yaşadı
İsveçrənin "Syon" klubu 2018-2019 və 2019-2020 mövsümlərində avrokuboklarda iştirakdan məhrum edilib.
Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb. Səbəb kimi lisenziyalaşdırma və maliyyə feyr-pleyi qaydalarının pozulması göstərilib. "Syon"a 235 min dollar cərimə də kəsilib.
Qazaxıstan "İrtış"ı bir avrokubok mövsümündə şərti kənarlaşdırılma cəzası və 440 min avro cərimə ilə üzləşib. Pavlodar şəhərinin təmsilçisi 3 illik sınaq dövrü keçəcək.
Albaniyanın "Tirana" və Serbiyanın "Voyvodina" klubları 215 min avro cərimələniblər. Bu məbləğlər 2017-2018 mövsümündə Avropa Liqasında iştirak qarşılığında klubların gəlirlərindən çıxılacaq.
Qeyd edək ki, maliyyə feyr-pleyini pozması üzündən Bakının "İnter" (hazırkı "Keşlə") klubu 2016-2017 mövsümündə avrokuboklardan kənarlaşdırılmışdı. Kluba eyni zamanda iki transfer dövründə yeni oyunçu alması qadağan edilib.
Oxşar xəbərlər
Maliyyə feyr-pleyi qaydalarına dəyişiklik təsdiqləndi - UEFA
"Mançester Siti" avrokuboklardan kənarlaşdırılacaq
UEFA maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirəcək
Avropa klublarına transfer məhdudiyyəti
Avrokuboklarda çıxış etmiş Azərbaycan klublarına yenidən vəsait ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası