Rəqibin baş məşqçisi:Azərbaycan son zamanlar...
Milli komandamızla yoxlama görüşü keçirəcək Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov açıqlama verib.
Sportfm.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis Qazaxıstanda keçiriləcək oyunla bağlı və yığmamızdan danışıb:
"Biz öz stadionumuzda oynamaq istəyirik. Çünki UEFA Millətlər Liqasındakı ilk görüşümüz Qazaxıstanda olacaq. Azərbaycan Millətlər Liqasındakı rəqibimiz olan və ilk turda qarşılaşacağımız Gürcüstanla oxşar oyun nümayiş etdirir. Rəqibi ağılla seçmək lazımdır. Bu komanda ilə görüş yaxşı sınaq olacaq. Azərbaycan son zamanlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı oyun sərgiləyirlər. Təcrübəli baş məşqçiləri var. Bu faktı qeyd etmək lazımdır ki, son illər Azərbaycanda klub futbolu bütün parametrlərdə daha da yaxşılaşıb".
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan görüşü iyunun 5-i Astanada keçiriləcək.(sportal.az)
Oxşar xəbərlər
Qazaxıstan millisinin müdafiəçisi Azərbaycana qarşı oynamayacaq - Millətlər Liqası
Stanimir Stoilov millimizi çalışdıracaq? - "Azərbaycanda işləməyi istisna etmirəm"
Maksim Medvedev: "Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdur"
"Azərbaycan onlar kimi kombinasiyalı komandadı"
Rəqib baş məşqçi: Azərbaycanlı görüşdə uğurla çıxış edəcəyimizə heç kim təminat verə bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası