Bütün mübahisələrə bu yolla son qoyulacaq -UEFA-dan tarixi qərar
UEFA videotəkrar sisteminin (VAR) Çempionlar Liqasında (ÇL) tətbiqinə tələsmir. Bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.
Sportfm.az xəbər verir ki, o bildirib ki, 2018/19 mövsümündə VAR-dan istifadə olunmayacaq. Çeferin yeniliyin ÇL-də tətbiqinin 2019/20 mövsümündə mümkün olmasını qeyd edib: “ÇL “Ferrari” və ya “Porşe” kimidir. Dərhal əyləşib, sürə bilməzsən. Əvvəl məşq etməli, sınaqdan keçirməlisən. Hər kəs bilməlidir ki, necə işləyir. Bu üzdən də VAR-ın turnirdə peyda olması hələ tezdir. Amma sistemin qitənin ən nüfuzlu klub turnirində istifadəsi qaçılmazdır. Buna görə də, tələsmək lazım deyil. Real baxsaq, VAR-ın ÇL-in 2019/20 mövsümündə istifadəsi mümkündür”.
Qeyd edək ki, VAR-dan bu ilin yayında Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində də istifadə olunacaq.
Oxşar xəbərlər
Çeferin yenidən UEFA prezidenti olacaq
"Xahiş edirəm Avropa Liqasında çıxış etməyin" - UEFA prezidenti
Avropa Liqasının finalında VAR sistemi tətbiq olunacaq
VAR sistemi Çempionlar Liqasında tətbiq ediləcək
FİFA video kömək sisteminin qaydalara daxil olunmasını dəstəklədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası