Boksçularımız Avropa birinciliyində mərhələ adladı
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb. Onların hər üçü döyüşünü qələbə ilə başa vurub.
Sportfm.az xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Nurlan Səfərov 1/16 final mərhələsi çərçivəsində Stefan Kirkorovla (Bolqarıstan) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. N.Səfərov 1/8 finalda rusiyalı Kaqir Minatullayevlə üz-üzə gələcək.
Zaur Musayev (81 kq) də ilk qarşılaşmasını qələbə ilə başa vurub. O, 1/8 finalda Damyan Zavieruşinskini (Polşa) texniki nokautla mübarizədən kənarlaşdırıb. Boksçumuz növbəti görüşünü rusiyalı Ruslan Kolesnikova qarşı keçirəcək.
Yarışda 91 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən İsmayıl Yaqubov isə 1/4 finala gedən yolda Viktor Yurkla (Almaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz rəqibini 3:2 hesabı ilə məğlub edib. O, aprelin 22-də olacaq ikinci görüşündə İqor Fedorovla (Rusiya) mübarizə aparacaq.
Qeyd edək ki, yığmamız Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.
Oxşar xəbərlər
2 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Boksçularımız Avropa birinciliyinin finalına yüksəldi
Boksçularımız Avropa birinciliyinin final mərhələsinə yüksəldi
Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası