Boksçularımız Avropa birinciliyinin final mərhələsinə yüksəldi
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Yarışın üçüncü günündə Azərbaycan millisinin 7 idmançısı rinqə çıxıb. Onlardan dördü adını 1/4 finala yazdırıb.
Sportfm.az xəbər verir ki, turnirdə 49 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Maqsud Xasmetov Ramil Əliyevlə (Belarus) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş həmyerlimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb. M.Xasmetov 1/4 finalda rusiyalı Dimitri Batyayla üz-üzə gələcək. Qarşılaşma aprelin 22-də olacaq.
Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov ikinci görüşünü də aktivinə yazıb. Həmyerlimiz rusiyalı Kaqir Minatullayevlə gərgin keçək görüşdə 3:2 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Nikolay Terteryanla (Danimarka) döyüşəcək. Qarşılaşma aprelin 21-də olacaq.
Digər boksçumuz Səbuhi Abışov (64 kq) Arman Dabaqyanla (Polşa) üz-üzə gəlib. Həmyerlimiz rəqibinə heç bir şans verməyib – 5:0. O, 1/4 finalda Sebastyan Terteryanla (Danimarka) üz-üzə gələcək. Döyüş aprelin 22-də keçiriləcək.
Nicat Həsənovun (69 kq) da startı uğurlu alınıb. O, 1/8 finalda Stefan Ristanoviçi (Serbiya) yarışdan kənarlaşdırıb. Boksçumuz növbəti döyüşündə Mikita Buçko (Belarus) ilə gücünü yoxlayacaq. Qarşılaşma aprelin 21-də baş tutacaq.
Boksçularımızdan Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq) və Məhəmməd Yusifov (75 kq) isə məğlubiyyətə üzülərək yarışla vidalaşıblar.
Oxşar xəbərlər
Maqsud Xasmetov 1/4 finalda – Avropa çempionatı
Boksçularımız 1/4 finalda mübarizə aparacaqlar
Boksçularımız Avropa birinciliyinin finalına yüksəldi
Boksçularımız Avropa birinciliyində mərhələ adladı
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
Yığmamız 5-ci səbətdə yer alacaq - AÇ-2028
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku















Misli Premyer Liqası