Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İsrailə kimlər gedir?Cüdo yığmamızın heyəti məlumdur
Aprelin 26-28-də İsraildə cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, çempionatda ölkəmizi 10 cüdoçu təmsil edəcək.
Kişilərin mübarizəsində Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elxan Məmmədov və Zelim Kotsoev (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.
Qadınların yarışında isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyanxışıq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 379 cüdoçu yarışacaq.
Oxşar xəbərlər
Cüdo yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)




Misli Premyer Liqası