reklam
Mourinyo Useyn Bolta təşəkkür etdi
Sportfm.az xəbər saytı

Mourinyo Useyn Bolta təşəkkür etdi


"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo dünya şöhrətli atlet Useyn Bolta təşəkkür edib. Komanda.az xəbər verir ki, "Mançester Yunayted" azarkeşi olan Bolt bir neçə gün bundan əvvəl sosial şəbəkədə video-müraciət paylaşmışdı. O, Joze Mourinyoya "qırmızı şeytanlar"ın sükanı araxasında uğur arzulamışdı. Bolt komandanın çıxışını yaxından izləyəcəyini də bildirmişdi. Joze Mourinyo Boltu cavasız qoymayıb. Portuqaliyalı mütəxəssis "instaqram" səhifəsində ona təşəkkürünü bildirib: "Çox sağ ol, çempion. Şöhrətini daha da artırmaq üçün Rioda keçiriləcək olimpiya oyunlarında hamımız sənə uğurlar arzulayırıq".

Oxşar xəbərlər

Joze Mourinyo yenə cəzalandırılacaq
Useyn Bolt Dortmund "Borussiya"sında
Mourinyo azarkeşlərdən üzr istəyib - VİDEO
Boltdan Mourinyoya: "Bizə titul lazımdır"
Mourinyo daha bir ulduz istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər