Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Useyn Bolt Dortmund "Borussiya"sında
Yamaykalı 10 qat olimpiya çempionu Useyn Bolt futbolda özünü sınayacaq. Sportfm.az xəbər verir ki, çoxsaylı rekordlara malik idmançı 2017-ci ildə atletikadan gedəndən sonra peşəkar futbolda olacağını bildirib. Bolt bununla əlaqədar danışıqlar apardığını açıqlayıb: "Yaxın vaxtlarda Dortmund "Borussiya"sı ilə bir neçə gün məşq edəcəyəm. Baxaq görək bundan nə çıxacaq". 30 yaşlı atlet deyib ki, "Mançester Yunayetd"in azarkeşidir və onun portuqaliyalı baş məşqçisi Joze Mourinyo ilə görüşmək istərdi: "Mançester Yunayted"də oynaya bilsəydim, bu, arzumun möhtəşəm şəkildə həyata keçməsi olardı".
Oxşar xəbərlər
Bolt arzusuna çatır - futbolçu olacaq
Useyn Bolt gedəcəyi vaxtı açıqladı
Rio-2016: Useyn Bolt 7 qat Olimpiya çempionu oldu
Mourinyo Useyn Bolta təşəkkür etdi
Boltdan Mourinyoya: "Bizə titul lazımdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası