U-14 Liqası:Final mərhələsinin püşkü atıldı
Dünən AFFA-nın inzibati binasında U-14 Liqasının final mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, bu mərhələdə 6 komanda «Paytaxt» regionundan olmaqla ümumilikdə 16 komanda olimpiya sistemi üzrə mübarizə aparacaq. 1/8 final mərhələsinin ilk oyunları bu həftəsonu baş tutacaq. Artıq, qalib komandaların 1/4 final mərhələsində hansı cütlərin qalibi ilə qarşılaşacağı da məlumdur. Püşkatmanın nəticələri aşağıdakı kimidir:
«Neftçi» (Bakı) – «Avey» (Ağstafa) / «Viləş» (Masallı) – «Qəbələ»
«Təhsil» UGİM (Sumqayıt) – UGİM (Saatlı) / UGİM (Mingəçevir) – «Mançester Yunayted» (Bakı)
«Keşlə» (Bakı) – «Zaqatala» / UGİM (Naxçıvan) – «Kəpəz» (Gəncə)
«Vətən» - UGİM (Bərdə) / «Ağsu» - «Qarabağ» (Ağdam).
Oyunlar və nəticələri barədə mütəmadi məlumat verəcəyik.
«Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası