reklam
Sportfm.az xəbər saytı

"ShamkirChess 2018":Bu gün Şəhriyarla Teymur qarşılaşacaq


Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VII turun görüşləri keçiriləcək. 

Sportfm.az xəbər verir ki, hesabat turunda Azərbaycanın iki qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək. 

Rauf Məmmədov ağ fiqurlarla hollandiyalı Aniş Giri ilə görüşəcək. Yarışın bolqarıstanlı lideri Veselin Topalov qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq. 

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

David Navara (Çexiya) - Dinq Liren (Çin)

Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya)

Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan)

Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) 

İlk 6 turdan sonra Veselin Topalov 4 xalla vahid liderdir. Aniş Giri və Maqnus Karlsen 3,5 xalla 2-3-cü yerləri bölüşdürürlər. 

Teymur Rəcəbov, Rauf Məmmədov, Dinq Liren və Sergey Karyakin hərəyə 3 xalla 4 - 7-ci pillələrdə qərarlaşıblar. 

Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek 2,5 xalla 8-9-cu, David Navara isə 2 xalla sonuncu sırada yer alıb.

Oxşar xəbərlər

Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2019": IV turun görüşləri keçiriləcək
"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək
Rəcəbov Topalova, Məmmədyarov Karlsenə qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər