reklam
Sportfm.az xəbər saytı

"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq


Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün V turun görüşləri keçiriləcək.

Sportfm.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakini sınağa çəkəcək.

"ShamkirChess 2019"

V tur

4 aprel

Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)

David Navara (Çexiya) - Dinq Liren (Çin)

Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya)

Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan)

Qeyd edək ki, 4 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen 3 xalla başçılıq edir. 2,5 xalı olan Sergey Karyakin və Dinq Liren 2-3-cü, 2 xala malik Vişvanatan Anand, Veselin Topalov və Teymur Rəcəbov 4 - 6-cı yerləri bölüşdürürlər. Hələlik 1,5 xal toplayan David Navara, Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk və Aniş Giri isə 7 - 10-cu yerlərdədirlər.

Oxşar xəbərlər

Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": IV turun görüşləri keçiriləcək
"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək
Şəmkirdə azərbaycanlıların dulei sülhlə nəticələndi
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər