“Futbola Qoşul” treninqi keçirildi -FOTO
2018/19-cu il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlərə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Sumqayıt, Lənkəran, Ağsu, Gəncə və Qəbələdə baş tutan treninqin sonuncusu bu gün AFFA-nın konfrans zalında keçirilib.
Qeyd edək ki, treninqdə yeni klub yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərin edilməsi, yeni lisenziya kartları haqda məlumat, sənədlərin bərkidilməsi və sair haqda geniş təqdimat olub, qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları haqda məlumatlar verilib.
“Futbola Qoşul” onlayn qeydiyyat proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub tərəfindən həyata keçirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Gəncə və Qəbələdə treninqlər keçirildi - FOTO
Masallı və Ağsuda treninq keçirildi - FOTO
AFFA-da treninq keçirildi - FOTOLAR
AFFA-da sonuncu treninq - FOTOLAR
“Futbola Qoşul” bu dəfə Gəncə və Qəbələdə - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası