reklam
Məşhur futbolçu hakimə hücum etdi -
Sportfm.az xəbər saytı

Məşhur futbolçu hakimə hücum etdi -FOTO


Türkiyənin "Başakşehir" klubunun futbolçusu Arda Turan hakimə hücum edib.

Sportfm.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la matçda yan xətt hakimini itələyib. 

Belə ki, futbolçu görüşün sonlarında ona qarşı edilən hərəkətin qayda pozuntusu olduğunu deyib və referinin qərarına sərt şəkildə etirazını bildirib. Komanda yoldaşları Arda Turanı sakitləşdirməyə cəhd göstəriblər. Futbolçu daha sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Türkiyə Fulbol Federasiyasının bu məsələ ilə bağlı Arda Turana ağır cəza verəcəyi gözlənilir.

Qeyd edək ki, "Başakşehir" - "Sivasspor" matçı 1:1 hesabı ilə başa çatıb. 

Oxşar xəbərlər

Arda Turan karyerasını bitirir - 35 yaşında
Arda Turana ağır cəza - Diskvalifikasiya olundu
Hakimi ölümlə hədələyən futbolçu yaşıl meydanlarda - FOTO
Arda Turana daha bir cəza
Super Liqanın liderindən ard-Arda qalibiyyətlər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər