Azərbaycan millisinin rəqibi heyətini açıqladı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə Qızıl Avropa Liqasının “A” qrupunda mübarizə aparacaq Ukrayna yığmasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi Qariy Aqiazarov turnirdə 14 voleybolçuya şans verəcək.
Heyətdə Kristina Nemtseva, Marina Deqyareva, Alena Novqorodçenko, Lyudmila Osaçuk, Aleksandra Peretyatko, Alla Politanskaya, Viktoriya Dançak, Svetlana Dorsman, Darya Drozd, Yuliya Qerasimova, Anastasiya Karaseva, Diana Karpets, İrina Truşkina, Darya Velikokon, Anastasiya Çernuxa, Karina Denisova, Katerina Dudnik, Nadejda Kodola, Anna Kiriçenko, Viktoriya Loxmançuk, Viktoriya Nikolayçuk, Olesya Rıxlyuk, Olqa Skirpik və Lyubov Ujva yer alıblar.
Turnirin “A” qrupunda Azərbaycan və Ukrayna yığmalarından başqa, Portuqaliya və Bolqarıstan milliləri də mübarizə aparacaq.
Qeyd edək ki, qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcək. “B” qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, “C” qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan millisinin heyəti məlum oldu - Qızıl Avropa Liqası
Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq
Ukrayna yığmasının yekun heyəti açıqlandı
Püşk atıldı: Azərbaycan Portuqaliya və Ukrayna ilə eyni qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası