"Hiquayn" Keşlədə fərqləndi, "Eto" qol vura bilmədi, "Seniors" çempion oldu
Bakıda həvəskarlar arasında ənənəvi olaraq ardıcıl 3-cü ildir keçirilən Ulduzlar Liqasının qalibi məlum olub.
Sportfm.az xəbər verir ki, paytaxtın Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbin meydançasında baş tutan son iki matçda liqanın üçüncüsü və çempionunun adına aydınlıq gəlib. 3-cünü müəyyən edən ilk qarşılaşmada Xilə və Boz Qurd komandaları meydana çıxıb. Görüşdə hesabı Xilənin "Hiquayn" ləqəbli forvardı Sərdar Sərdarov açıb.
İrəliləyən dəqiqələrdə Famil Hümbətov hesabı 2-0-a çatdırıb. Boz Qurd komandası son saniyələrdə vurulan qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, Xilə komandası Ulduzlar Liqasında 3-cü yeri tutub. Bu qarşılaşmadan sonra Seniors və Avantaj komandaları arasında Ulduzlar Liqasının final görüşü keçirilib. Xeyli sayda azarkeşin izlədiyi oyun gərgin mübarizəyə səhnə olub. Futbolsevərlər hər iki komandanın ifasında gözəl futbola şahidlik edib. Seniorsun heyətində Azərbaycan yığmasının sabiq hücumçusu Xəqani Məmmədovun, Avantaj-da isə liqanın bombardiri Eyüb Əfəndiyevin və "Eto" ləqəbli Elvin Bayramovun yer alması matça olan marağı daha da artırıb.

Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalibi penaltilər seriyası müəyyən edib. Burda isə Seniors komandası daha dəqiq olub 4-2. Matçın bitimində Ulduzlar Liqasının təşkilat komitəsi müxtəlif nominasiyalar üzrə qalibləri mükafatlandırıb. Qalib Xasaylı(Seniors) ən yaxşı qapıçı ünvanına sahib çıxıb. Böyükağa Quliyev(Boz Qurd) liqanın ən yaxşı oyunçusu olub. "Assist kralı" olaraq Avantajdan "Eto" ləqəbli Elvin Bayramov mükafat qazanıb. Ulduzlar Liqasının bombardiri, Avantaj-ın hücumçusu Eyüb Əfəndiyev də öz hədiyyəsinə qovuşub. 3-cü yerin sahibi Xilə komandası öz medallarını aldıqdan sonra Avantaj-a ikincilik mükafatı verilib. Daha sonra isə Ulduzlar Liqasının qalibi - Seniors komandasına çempionluq kuboku təqdim edilib.
Oxşar xəbərlər
“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır
Ulduzlar Liqasında VİP necə qalib gəldi? - VİDEO
Əmrəliyevin "vip" qolu və Bəydəmirovun benefisi - Ulduzlar Liqasının qalibi məlum oldu
Ulduzlar Liqasının püşkü atıldı, sön mövsümün finalçıları eyni qrupa düşdü - FOTOLAR
Ulduzlar Liqasının püşkü atıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







.png)






Misli Premyer Liqası