reklam
Əmrəliyevin
Sportfm.az xəbər saytı

Əmrəliyevin "vip" qolu və Bəydəmirovun benefisi -Ulduzlar Liqasının qalibi məlum oldu


Həvəskarlar arasında təşkil edilən minifutbol üzrə Ulduzlar Liqasının 2018/19 mövsümünün qalibi məlum olub. 

Sportfm.az xəbər verir ki, bu il bir çox yeniliklərin tətbiq edildiyi 4-cü çempionatın final matçında VİP və İOSC komandaları üz-üzə gəlib. Keşlə qəsəbəsində yerləşən 201 saylə orta məktəbin stadionunda baş tutan qarşılaşmadan öncə üçüncülük uğrunda "Sabunçu" FK və "Avantaj" qüvvəsini sınayıb. Hər mövsüm qızıl medalları qazanmağı qarşısına məqsəd qoyan ötən ilin finalçısı "Avantaj" motivasıyasız çıxdığı matçda rəqibinə məğlub olub. "Sabunçu" komandasının üzvləri ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq, oyunda hesabı açıblar. İrəliləyən dəqiqələrdə rəqib futbolçuları 5 dəfə meydanın mərkəzibə dəvət edən "Sabunçu" FK-nın oyunçuları, iki dəfə topu öz qapısından çıxarmalı olub.

Beləliklə, "Avantaj"ı 5-2 hesabı ilə məğlub edən "Sabunçu" Ulduzlar Liqasının bürünc medallarını qazanıb. 

Daha sonra final qarşılaşması baş tutub. Xeyli sayda futbolsevərin izlədiyi oyun gərgin mübarizəyə səhnə olub. Heyətində Murad Ağakişiyev kimi milli komandamızın şərəfini qorumuş oyunçunun, həmçinin Yadulla Əmrəliyev, Vüsal İsayev, Seymur Bəydəmirov kimi tanınanların yer almasına baxmayaraq, VİP ilk dəqiqələrdən təşəbbüsü ələ alan İOSC qarşısında varlıq göstərə bilmirdi. Baxımlı futbol sərgiləyən Rizvan Fərzəliyevin çalışdırdığı İOSC bir neçə dəfə rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratsa da, cəmi 1 qol vura bildi. Qarşılaşmanın 40-cı dəqiqəsində Əsgər Alişanov hesabı açdı.

Fuad Rzayevin rəhbərlik etdiyi VİP-in hücum xəttinin "dişsizliyini" daha çox İOSC-un aparıcı oyunçularından biri olan və Ulduzlar Liqasında mövsümün ən yaxşı müdafiəçisi seçilən Orxan Alixanovun etibarlı oyunu ilə bağlı idi. Matçın ilk yarısı İOSC-un minimal hesablı üstünlüyü ilə başa çatdı. Keşlədə toplaşan azarkeşlər ikinci hissədə döyüş səhnələrini xatırladan oyunun şahidi olmaqla yanaşı, VİP-in futbolçularının və məşqçilər korpusunun hakimlərin ən adi qərarına belə çox emosional və yolverilməz şəkildə etiraz etməsinə şahidlik etmək məcburiyyətində qaldılar. Ta ki, sona 1 dəqiqə qalmış Yadulla Əmrəliyevin estetik zərbə ilə vurduğu qola qədər. Cərimə zərbəsindən ötürülən topu akrobatik tullanışla qapıdan keçirən hücumçu hesabı bərabərləşdirərək, VİP-in azarkeşlərinin meydana axışmasına səbəb oldu. Məhz bu qoldan sonra hakimin final fiti səsləndi. Oyunun əlavə vaxtında tərəflərdən heç biri qol vurmağa müvəffəq olmadı. Penaltilər seriyasında isə VİP-in şərəfini qoruyan Seymur Bəydəmirov əbəs yerə mövsümün ən yaxşı qapıçısı olmadığını sübuta yetirdi. İOSC-un ilk zərbəsini dəf edən qolkiper elə özü də ilk penaltini qola çevirdi. İkinci vuruşun da tora daxil olmasına icazə verməyən əlcək sahibi sonda komandasının 2-1 hesabı ilə qalib gəlməsinə böyük töhfə verdi. Bununla da ardıcıl ikinci il Ulduzlar Liqasında qalibi penaltilər müəyyən etmiş oldu.

Matçdan sonra turnirin mükafatlandırma mərasimi keçirildi. VİP qızıl, İOCS gümüş, "Sabunçu" isə qızıl medallarına qovuşdu. Tədbir zamanı müxtəlif nominasiyalar üzrə qalib gələn futbolçular da suvenirlərlə təltif edildi. 

 

Oxşar xəbərlər

"Ulduzlar Liqası"nın qalibi rekorda imza atan "Xilə" oldu - VİDEO
Alfa Liqanın qalibi məlum oldu - FOTO
Ulduzlar Liqasında VİP necə qalib gəldi? - VİDEO
Ulduzlar Liqasının püşkü atıldı, sön mövsümün finalçıları eyni qrupa düşdü - FOTOLAR
"Hiquayn" Keşlədə fərqləndi, "Eto" qol vura bilmədi, "Seniors" çempion oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər