Xosrov Məmmədov:İkinci Liqada bu mümkün deyil
Xəbər verdiyimiz kimi futzal liqalarında xeyli sayda peşəkar futbolçu çıxış edir. Bu isə qətiyyən yolverilməzdir. AFFA-nın Lisenziyalaşdırma şöbəsində hər bir futbolçunun və futzalçının ayrıca xüsusi lisenziyası mövcuddur. Bu isə o deməkdir ki, peşəkar statusa malik, AFFA-da lisenziyaya sahib olan oyunçu yalnız bir yarışda çıxış edə bilər.
Sportfm.az saytında bu problemə dair "Futbolçu icazə olmadan futzal çempionatında necə çıxış edir?" başlıqlı məqalənin dərc olunmasından sonra hazırda futzal üzrə İkinci Liqanın kuratoru olan Xosrov Məmmədov bizimlə əlaqə saxlayaraq, məsələyə münasibət bildirib:"Bu problemdə İkinci Liqanın adının hallanmasını qətiyyən istəmirəm. Çünki, mən çalışdığım müddətdə daim bu məsələyə çox ciddi yanaşıram. Yüksək və Birinci Liqaya mən cavabdehlik daşımıram. İkinci Liqada isə bu mümkün deyil. Cəhd edənlər olub, ancaq qarşısını almışam. Özüm bir-bir hər kəsin lisenziyasını yoxlayıram. Bilirəm ki, olmaz".
Qeyd edək ki, futzal liqalarında 10-dan çox peşəkar futbolçu çıxış edir.
Oxşar xəbərlər
Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Futzalçı hakimi təhqir etdi, AFFA cəzalandırdı
Gömrükçü futzalçılarımız Ermənistanı darmadağın etdi
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
Futbolçu icazə olmadan futzal çempionatında necə çıxış edir? - PROBLEM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası