Gömrükçü futzalçılarımız Ermənistanı darmadağın etdi
Belarusun Brest şəhərində gömrükçülər arasında ənənəvi futzal turniri davam edir.
Sportfm.az xəbər verir ki, MDB dövlətlərinin gömrük komitələri arasında baş tutan turnirdə Azərbaycan gömrükçüləri də iştirak edir. Statusca MDB çempionatı sayılan və dairəvi sistemlə keçirilən yarışda sonuncu dəfə 10 il bundan əvvəl çıxış edən futzalçılarımız Ermənistan gömrükçüləri ilə üz-üzə gəlib. Komandamız ötən il bu turnirin qalibi olan erməniləri 4-0 hesabı ilə darmadağın edib. Matç boyunca rəqibindən üstün oyun sərgiləyən gömrükçülərimizin digər rəqibləri yerli Belarus Gömrük Komitəsinin "Merkuri" komandasının(Belarusun Yüksək Liqasında çıxış edir), Brest Gömrük İdarəsinin, Rusiya Gömrük Komitəsinin və Ukrayna Gömrük Komitəsinin futzalçılarıdır.
Qeyd edək ki, Ermənistan yığmasının və turnirdə iştirak edən digər komandaların heyətində xeyli sayda peşəkar futzalçı yer alır.
Oxşar xəbərlər
Mərakeşlilər Bakıda çempion oldular
Yüksək Liqada iştirak edəcək komandalar - SİYAHI
Azərbaycan millisi Ermənistanı darmadağın etdi
Gürcüstanda Azərbaycan finalı - "Atletiko Baku" "Ajara Cup 2018"-in qalibi oldu - FOTO
Futzal üzrə ənənəvi birincilik yekunlaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası