reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Hücum futbolu oynamalıyıq"


UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Lill” – "Qəbələ” oyunundan əvvəl "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az klubun rəsmi saytına istinadən həmin mətbuat konfransı sizə təqdim edir:

"Komandamızın durumu gündən günə daha yaxşı olur. Hazırlıq baxımından hər şeyin qaydasında olduğuna tamamilə əminəm. İnanıram ki, Lilldə əsl futbol bayramı olacaq. Təbii ki, bu bayramın qəhrəmanları olmaq istəyirik. Fransadakı qarşılaşmada müdafiə futbolu göstərmək fikrində deyilik. Belə oyunun tərəfdarı deyilik. Həm qarşılaşmanın, həm də mərhələnin ümumi nəticəsi də bizim hücumda necə oynamağımızdan asılı olacaq. Buna görə də həm taktiki cəhətdən düzgün, həm savadlı, həm də səliqəli hücum futbolu oynamalıyıq. Rəqib haqda kifayət qədər məlumatımız var. Deməzdim ki, onlardan çəkinirik. Amma "Lill”in gücünü də bilirik. Bu komandanın heyətində sürətli oyunçular var. Bu, onların üstünlüyüdür. Biz də bunun öhdəsindən gəlməyə çalışacağıq. "Qəbələ” və "Lill”i müqayisə etmək istəməzdim. Biz qısa vaxtda çox şeyə nail olduq. Bu üzdən komandamdan da razıyam. İstədiyimiz üslubda oynamağa nail olmuşuq. Bu mövsüm belə sürətli və fərdi ustalığa malik oyunçuları olan rəqiblə qarşılaşmamışıq. Bu üzdən Fransadakı görüş bizim üçün ciddi sınaqdır”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Roman Qriqorçuk: "Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq"
"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər