Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Lill” – "Qəbələ” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az klubun rəsmi saytına istinadən həmin mətbuat konfransı sizə təqdim edir:
"Rəqibin səviyyəsini, reytinqini nəzərə alsaq, bu heç-heçə bizim üçün tarixi nəticədir. Biz bu nəticədən çox razıyıq. Komandamızın adından deyirəm ki, bu nəticəni Cavid Hüseynova həsr edirik. Əlbəttə ki, özümüzə inanırıq. Mərhələ adlamaq üçün bizdən asılı olan hər şeyi edəcəyik. Özünəinamımızı o artırır ki, bir həftəyə daha yaxşı oynaya biləcək potensialımız var. Təcrübə oyundan-oyuna qazanılır. "Lill” yüksək sürətə malik futbolçulardan təşkil olunub. Onlara qarşı ya eyni dərəcədə sürətli olmalısan, ya da taktikadan yararlanmalısan”.
Oxşar xəbərlər
Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
Roman Qriqorçuk: "Bu, komandamızın inkişaf etdiyini göstərir"
Roman Qriqorçuk: "Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam"
Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."
Roman Qriqorçuk: "Hücum futbolu oynamalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası