reklam
Gözdən əlil uşaqlar arasında şahmat turniri keçirildi -
Sportfm.az xəbər saytı

Gözdən əlil uşaqlar arasında şahmat turniri keçirildi -FOTO


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti aprelin 25-dən mayın 5-dək Bakıda keçirilən gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək göstərib.

Sportfm.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat və dama turniri Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi İnternat Məktəbində keçirilib. Qırx nəfərdən artıq gözdən əlil uşağın iştirak etdiyi turnirin qalibləri şahmat üzrə Nahid Məmmədov və dama üzrə Əzim Əzizov olub.

Turnirdə yaxşı nəticələr göstərən gənc istedadlı şahmatçı və damaçılara dəyərli hədiyyələr təqdim edilib.

 

Oxşar xəbərlər

Şahmat Festivalının açılış mərasimi keçirildi
Şahmat turniri keçiriləcək - Açıq havada
ABŞ-da Cümhuriyyətin 100 illiyinə həsr olunan şahmat turniri keçirildi
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürdü
Jurnalistlər arasında şahmat turniri keçirildi - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər