reklam
Tahir Süleymanov oyun idarə etdi, Maşallah Əhmədov qol vurdu -
Sportfm.az xəbər saytı

Tahir Süleymanov oyun idarə etdi, Maşallah Əhmədov qol vurdu -FOTO


Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş “Futbol funksionerləri” komandası arasında yoldaşlıq oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, Bayıl stadionunda keçirilmiş oyunu Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edib. Topa ilk toxunuşu AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə İsgəndər Cavadov,  Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və vetarn hakim Rüstəm Rəhimov edib.
Ağasəlim Mircavadovun baş məşqçisi olduğu “Təcrübə” komandası Vaqif Sadıqovun rəhbərlik etdiyi “Futbol funksionerləri” komandasını 7:5 hesabı ilə məğlub edib. Veteranların heyətində Musa Qurbanov het-trik edib. Elxan Məmmədovun avtoqol müəllifi olduğu oyunda digər qolları Maşallah Əhmədov, Oqtay Abdullayev və Alim Qurbanov vurub. “Futbol funksionerləri” komandasında isə Yunis Hüseynov dubl edib, digər qolların müəllifi Bəxtiyar Osmanov, Müsfiq Hüseynov və Elxan Məmmədov olub.

Oxşar xəbərlər

Azərbaycan futbolunun əfsanəsi ilə bağlı canlı yayım olacaq
Veteranlar Anatoli Banişevskini andılar - FOTO
100 illik yubileyə həsr olunmuş oyun FIFA referisinə həvalə olundu
Riad Rəfiyev Elxan Məmmədovla bir komandada - 100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu
Arif Əsədov, Dmitri Kramarenko, Tərlan Əhmədov yaşıl meydana çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər