reklam
Yunis Hüseynov:
Sportfm.az xəbər saytı

Yunis Hüseynov:"Hələ bilinmir, komanda olacaq, ya olmayacaq"


Azərbaycan Premyer Liqasını sonuncu pillədə başa vuracağı dəqiqləşən “Kəpəz” reqlamentə əsasən, növbəti mövsümdə birinci divizionda çıxış etməlidi. Lakin əvvəlki illərdə dəfələrlə ölkə çempionatını son pillədə başa vurmuş komandaların növbəti mövsümdə də yüksək liqada çıxış etməsinin şahidi olmuşuq. AFFA Lisenziya Komissiyası “Kəpəz”ə 2018/19 mövsümündə Premyer Liqada çıxış etmək üçün lisenziya verdi. Buna baxmayaraq, komissiyanın birinci divizion təmsilçisi “Sabah”a da lisenziya verməsi Gəncə klubunun taleyini sual altında qoydu.

Sportfm.az saytı “Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun komandanın gələcək taleyi barədə fikirlərini təqdim edir: 

- “Kəpəz”ə Premyer Liqada iştirak etmək üçün lisenziya verildi. Ancaq reqlamentə görə, komanda çempionatı sonuncu pillədə başa vuracağından, növbəti mövsümdə birinci divizionda mübarizə aparmalıdı. “Kəpəz” növbəti mövsümdə hansı liqada çıxış edəcək?
- Hələ bu barədə heç nə deyə bilmərəm. Reqlamentə görə, birinci diviziona düşmüşük. İstəməzdik aşağı dəstəyə düşək. Amma reqlament belədi. Düşməyimiz çox pis oldu. Düzü, biz növbəti mövsümə hazırlaşırdıq. Planlarımızı Premyer Liqaya uyğun qurmuşduq. Qolumuzu çirmələşmişdik, növbəti mövsümə hazırlaşırdıq. İstəyirdik, yaxşı komanda yaradaq.

- Rəhbərlik növbəti mövsümdə Premyer Liqada iştirakla bağlı komandaya güzəşt edilməsi üçün AFFA-ya müraciət edəcək?
- Bu barədə heç deyə bilmərəm. Rəhbərliklə hələ danışmamışam.

- “Kəpəz” növbəti mövsümdə birinci divizionda çıxış etsə, komandada qalacaqsız?
- Birinci diviziona göndərilsə, bilmirəm, komanda olacaq, ya olmayacaq. Bunu gələcək göstərəcək. Komanda Premyer Liqada olmasa, birinci divizionda çıxış edib-etməyəcəyi barədə heç məlumatımız da yoxdu.

- Bəs “Kəpəz”in birinci divizionda çıxış etməsi dəqiqləşsə və rəhbərlik sizinlə yola davam etmək istəsə necə?
- O gələcəyin işidi. Hər şey dəqiqləşsin, baxarıq. Hələ bilinmir, komanda olacaq, ya olmayacaq. Mənə elə gəlir ki, növbəti mövsümdə bizə Premyer Liqada çıxış etmək şansı versəydilər, daha yaxşı olardı.

- Komanda daxilində, futbolçular arasında əhval-ruhiyyə necədi?
- Futbolçular arasında əhval-ruhiyyə elə də yaxşı deyil. “Zirə” ilə oyunda sağ olsunlar, çıxdılar, yaxşı oyun sərgilədilər. Sübut etdilər ki, bu komanda futbol oynaya bilir. Lakin futbolçuları oyunlara kökləmək çox çətindi. Mənə elə gəlir ki, bu qərar mayın 23-də, 25-də verilsəydi, daha yaxşı, daha məqsədəuyğun olardı. Sona iki tur qalmış verildi. Düzü, belə qərarı gözləmirdik. Mən düşünürdüm ki, qərar xeyrimizə olar. İki tur qalmış verildi deyə, oyunçuları son matçlara kökləmək bir qədər çətin olur. Amma sağ olsunlar, futbolçular çıxıb öz oyunlarını nümayiş etdirirlər. Qarşıda “Neftçi” ilə ağır oyunumuz var. Gəncədə yerli azarkeşlərin qarşısında son oyunumuzu layiqincə keçirmək istəyirik. Meydana çıxıb, sona kimi oynayacağıq. Futbolçularımız öz işlərini tam məsuliyyətlə yerinə yetirəcəklər.

- Bayaq artıq növbəti mövsüm üçün Premyer Liqaya hazırlığa başladığınızı dediz. Bu hazırlıq nədən ibarət idi?
- Bəli, Premyer Liqaya hazırlaşırdıq. Yeni oyunçular axtarırdıq. Bəzi futbolçularla danışıqlar aparırdıq. Ancaq təəssüf ki, bu, alınmadı.

- “Alınmadı” deyirsiz, yəni artıq komandanın növbəti mövsümdə Premyer Liqada çıxış etməyəcəyi ilə barışmısız?
- Saytlarda hamı yazır ki, Premyer Liqada olmayacağıq. Bundan o tərəfi yoxdu. Başqa nə deyə bilərəm ki?

- Rəhbərliklə hələ danışmadığınızı dediz. Bəs növbəti mövsümlə bağlı rəhbərliklə nə vaxt görüşməyi planlaşdırırsız? 
- Bilmirəm hələ. O barədə fikirləşməmişəm. Heç bir qərara gəlməmişəm. “Neftçi” ilə son oyunumuzu oynayaq, həmin matçda, Gəncə azarkeşlərinin qarşısında layiqincə mübarizə aparaq, özümüzü yaxşı tərəfdən göstərək, qalanı gələcəyin işidi. Baxarıq.(komanda.az)

Oxşar xəbərlər

“Kəpəz” Premyer Liqaya qayıdarsa, 2 klub dağılacaq
“Birinci divizionu ləğv edək, ayrılan pulla futbol məktəbləri açaq” - Musa Qurbanov
"Gedib fəhlə işləsəydim, daha çox maaş verərdilər" - Nodar Məmmədov
2020/21 mövsümü üçün tarixi qərar - Birinci Diviziondan Premyer Liqaya komanda çıxacaq?
Elxan Məmmədov açıqladı: "Kəpəz" Premyer Liqada qalacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər