Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Növbəti mövsüm onlar olmayacaq!
Futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək üçüncü klubun da adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, “Osmanlıspor” elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Buna Super Liqanın 33-cü turunda “Akhisarspor”un səfədə “Kayserispor”u 2:1 hesabıyla məğlub etməsi səbəb olub. Bu nəticədən sonra xal ehtiyatını 39-a çatdıran “Akhisarspor” elitada qalmağı təmin edib. Nəticədə 33 xalı olan “Osmanlıspor”un sona bir tur qalmış heç bir şansı qalmayıb.
Qeyd edək ki, “Osmanlıspor” üç mövsüm idi Super Liqada mübarizə aparırdı. Paytaxt klubundan öncə “Karabükspor”la “Gənclərbirliyi” TFF 1-ci liqaya düşmüşdü.
Oxşar xəbərlər
“Erzurumspor” 1 il sonra yenidən Super Liqada - Geri dönüş
"Başakşəhər"in çempionluq yarışını davam etdirir
"Qalatasaray" çempionluq yolunda daha bir səddi aşdı
"Qalatasaray"dan 7:0 hesablı fantastik qələbə
"Fənərbaxça" təqibi davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası