reklam
Gəncədə təntənəli idman paradı keçirildi -
Sportfm.az xəbər saytı

Gəncədə təntənəli idman paradı keçirildi -FOTO


Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə Gəncədə "idman paradı" keçirilib. 5 mindən artıq parad iştirakçısı şəhərin baş meydanına yürüş edib.

Sportfm.az xəbər verir ki, beş mindən artıq insan hərbi orkestrin müşayəti ilə şəhərin baş meydanına yürüş etdi. Parad Gəncə şəhərində Heydər Əliyev prospekti, Gəncə Dövlət Universitetinin III tədris binasının önündə başlayıb.

Olimpiya, Avropa və Dünya çempionu titulunu daşıyan tanınmış idmançılar, şəhərin idman məktəblərində çalışan məşqçi-müəllimlər, həmin təlim müəssisələrində təhsil alan şagirdlər, Kəpəz Peşəkar Futbol Klubunun əsas və əvəzedici heyəti, orta məktəb "Şahin"ləri, habelə tələbə-gənclər Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülməsini coşğu ilə qarşılayıb.

Gəncənin mərkəzi meydanına gələn parad iştirakçıları burada alqışlarla qarşılanıb. Rəmzi olaraq rəngli şarlar və sülh göyərçinləri havaya buraxılıb. Parad imançıların nümunəvi çıxışları və futbol oyunu ilə davam edib.

Yeri gəlmişkən, ACES Europe, yəni Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən bir təşkilatdır. ACES Europe hər il 9-19 şəhəri "Avropa İdman Şəhəri", bir şəhəri isə "Avropa İdman Paytaxtı" titulu ilə təltif edir. Layihə 4 ildir ki, reallaşdırırlır. /xezerxeber.az

Oxşar xəbərlər

Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi - SİYAHI
Azərbaycan Birinciliyi başa çatdı - Cüdo üzrə
Cüdo üzrə Azərbaycan kubokuna yekun vuruldu -
Zabit Səmədov Gəncədə - FOTO
Uşu-sanda idman növü üzrə Bakı birinciliyi başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər